Yenə yağış yağdı,ildirim çaxdı, Coşdu dalğa-dalğa çağladı dəniz, Sahili boş gördüm,elə darıxdı Tənhalıq dərdindən ağladı dəniz.
O dağın o üzü bizim vətəndir.
تاريخ : ۴ آذر ۱۳۹۰ | یازار : araz
payiz sevgisi (seir)


Hərdən oturub özüm-özümə
Mən o gecəni xatırlayıram,
Gözün gözümə, dizin dizimə
Bir də musiqi – sakit, aram.

O uzaq gecə başlanan payız
Hələ nə qədər davam edəcək.
Yağışlı gecə, həyacanlı qız
Hardan gəlmişdi, hara gedəcək…

Payız ömürdən uzun sürəcək -
Payız nəğməsi, payız sevgisi.
Yellədi bizi qəmli yelləncək,
Uçurdu bizi, qaçırdı bizi.

Payız sevgisi gəldi gizlicə,
Gizlicə getdi, gəldiyi kimi.
Mən elə bildim bitməz o gecə,
Hər şey olmayır bildiyin kimi.

Yelləncək uçar boş-boşuna,
Həyat dayanar, yelləncək uçar…
Baxmaz küləyə, baxmaz yağışa -
Sən orda naçar, mən burda naçar.

Payızda gəlməz bir daha sevgi,
Həmin gecə də uzaq bir yuxu.
Həmin gecəylə getdi mənimki,
Bir ümid qaldı, bir də bu qorxu.


گؤنده ر 100 درجه کلوب دات کام گؤنده ر     بؤلوم لر:
آرشیو
سون یازی لار
یولداش لار
 
سایغاج
ایندی بلاق دا : نفر
بوگونون گؤروشو : نفر
دونه نین گؤروشو : نفر
بوتون گؤروش لر : نفر
بو آیین گؤروشو : نفر
باخیش لار :
یازی لار :
یئنیله مه چاغی :